Modern.az

Nazirlikdən xəbərdarlıq - martın 1-dən havalar pisləşəcək

Nazirlikdən xəbərdarlıq - martın 1-dən havalar pisləşəcək

Təhsil

28 Fevral 2012, 13:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən  məlumata görə, fevralın 29-da  Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında isə fevralın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir. 
Hava şəraitinin qısa icmalına gəlincə isə fevralın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin martın 1-dən hava şəraitinin dəyişiləcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal