Modern.az

Ərdoğan manqurtların Xocalı günündəki şüarlarından danışdı

Ərdoğan manqurtların Xocalı günündəki şüarlarından danışdı

Təhsil

28 Fevral 2012, 14:19

Xocalı qətliamını unutmayacağıq, unutdurmayacağıq, orada qətl edilən günahsızların yasını tutmağa davam edəcəyik. Hər zaman nifrəti coxaldan deyil, haqqı müdafiə edən olacağıq.

Modern.az “Sabah”qa istinadən bildirir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında millət vəkillərinə xitab edərkən deyib.

O bildirib ki, bazar günü son dərəcə anlamlı və kədərli bir ildönümünü xatırladıq.

“26 fevral 1992-ci ildə Xocalıda 613 günahsız insan erməni təcavüzkarları tərəfindən öldürülüb. Xocalıda öldürülən qardaşlarımızı rəhmətlə yad edirik. İstanbul başda olmaqla bir çox şəhərlərimizdə Xocalı yad edildi. İstanbuldakı bir neçə marjinal və fərdi pankart açılması və ya şüarın atılması ağrımıza kölgə sala bilməz” deyə Baş nazir vurğulayıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal