Modern.az

İcra başçısı ciddi tapşırıqlar verib  

İcra başçısı ciddi tapşırıqlar verib  

28 Oktyabr 2019, 12:43

 

Bu gün Goranboy rayon İcra Hakimiyyətində icra başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Aparat işçilərinin müşavirəsi keçirilib.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, müşavirədə vətəndaş müraciətlərinə baxılması, şöbələr üzrə verilmiş tapşırıqların operativ yerinə yetirilməsi vəziyyəti barədə müzakirələr  aparılıb:


"Qeyd edilən işlər və həlli vacib digər məsələlərlə bağlı, icra başçısı tərəfindən aidiyyəti məsul şəxslərə əlavə ciddi tapşırıqlar verilib".

 

Bildirilib ki, Məhərrəm Quliyev bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsinin yeni istifadəyə verilmiş və müasir tələblərə cavab verən inzibati binasında da olub. İcra başçısı burada binanın maddi-texniki  təchizatı və iş şəraiti ilə yaxından tanış olub, oktybar 2019-cu il tarixli həqiqi hərbi xidmət çağırışçıları ilə aparılan müvafiq iş prosesi ilə yaxından maraqlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU