Modern.az

\"Qarabağ\"dan daha bir qələbə

\

28 Oktyabr 2019, 21:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Modern.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.

Oyun  "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 86-cı dəqiqədə Qara Qarayev vurub.

Bu nəticədən sonra "Qarabağ" 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. "Səbail" isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU