Modern.az

Bərdədə traktorla yük maşını toqquşdu: Yaralılar var

Bərdədə traktorla yük maşını toqquşdu: Yaralılar var

Aktual

28 Oktyabr 2019, 21:29

Bərdə rayonunda yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Hüseyinbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü Vaqif Qurban oğlu İbrahimovun idarə etdiyi "QAZel" markalı yük avtomobili Bərdə rayonunun Hacallı kənd sakini Rahib Akif oğlu Məmmədovun idarə etdiyi traktorla toqquşub. Nəticədə "QAZel"in sürücüsü və sərnişini, 1960-cı il təvəllüdlü Hikmət İsa oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU