Fransa Respublikasının Konstitusiya Şurası bir qədər öncə müzakirlərdən sonra Senatın qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanununu ləğv edib.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər yayıblar.
Qeyd edək ki, Senatın qəbul etdiyi ermənipərəst qanunun ləğv edilməsi üçün bir qrup fransız senator lazımı qədər imza toplayaraq onu Konstitusiya Şurasına təqdim etmişdi.
Ləğv olunan qanun layihəsi qondarma “erməni soyqrımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro cərimə olunmasını nəzərdə tuturdu.
Modern.az