Fransa Respublikasının Konstitusiya Şurasında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğvindən dərhal sonra prezident Nikola Sarkozi daha bir ermənipərəst addım atıb.
Modern.az “Hürriyət”ə istinadən bildirir ki, Nikola Sarkozi Fransa hökumətinə sözügedən məsələyə dair dərhal yeni bir qanun layihəsi hazırlamaq tapşırığı verib.
Hazırlanacaq yeni qanun layihəsi Fransa parlamentinin hər iki - aşağı və yuxarı palatasından keçməlidir.
Fransada parlament prezident seçkiləri səbəbiylə mart ayında tətilə gedir. Yəni yeni bir layihə hazırlansa belə, onun müzakirəyə çıxarılması ən azı payıza qalacaq.
Modern.az