Modern.az

Tramp: “İŞİD liderini əvəz edəcək şəxs də öldürülüb”

Tramp: “İŞİD liderini əvəz edəcək şəxs də öldürülüb”

Aktual

29 Oktyabr 2019, 18:33

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs də öldürülüb.  

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

Onun sözlərinə görə, əl-Bağdadinin xələfi ABŞ hərbçiləri tərəfindən məhv edilib.

“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - deyə D. Tramp vurğulayıb.

ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.

Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır