Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda üç yerdə əxlaqsızlıq yuvaları aşkarlanıb. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Əyricə" kafesində oranın icarədarı Ağaxan Qədirovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tünzalə İmamquliyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində yaşayan Səriyyə İsgəndərovanın da əxlaqsızlıq yuvası təşkil etməsi aşkar edilib.
Modern.az