Diamond Club restoranında, Fərhad Aşurbəyli ilə “Qurmaniya” layihəsi çərçivəsində, bmi (British Midland International) aviaşirkətinin dəstəyi ilə “Britaniya mətbəxi gecəsi” keçirilib. Tədbirdə məşhur teleaparıcılar Hüsniyə Məhərrəmova və Tural Əsədov, bmi aviaşirkətinin təyyarələrində biznes siniflə uçan sərnişinlərə təqdim olunan xörəkləri hazırlayaraq, Britaniya mətbəxinin ən yaxşı şef-aşpazı adı qazanmaq üçün mübarizə aparıbdılar. Münsiflər heyəti Diamond Club və bmı-ın nümayəndələrindən ibarət olub.
Yekun olaraq Tural Əsədov qalıb seçilərək, London şəhərinə iki bilet qazanıb. Hüsniyyə Məhərrəmova isə bmi aviaşirkətinin suvenirlər ilə təltif olunub. Gecənin ən yadda qalan anlarından biri kimi, Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayevanın çıxışını qeyd etmək olar.
““Britaniya mətbəxi gecəsi”, paytaxtın ən möhtəşəm restoranlarından birində yüksək səviyyədə keçirilib və qonaqlar tərəfindən layigincə dəyərləndirildi. bmi Diamond Club-la iş birliyi çərçivəsində bu tədbirin keçirilməsindən çox məmnundur. Biz gecədə müşahidə olunan Britaniya ab-havasından heyran qaldıq. Aşpaz istedadi sərgiləyərək Londona iki bilet qazanan Tural Əsədovu ürəkdən təbrik edirik”, - deyə bmi aviaşirkətinin nümayəndəsi Leyli Ələkbərova söyləyib.
“bmi aviaşirkəti və Diamond Club restoranına, bü cür gözəl tədbirin təşkilinə görə minnətdarlığımı bildirirəm. Çox şadam ki, qələbə qazanaraq, bmi-ın təyyarəsi ilə Londona səfər edib, Britaniya mətbəxi ilə daha yaxından tanış olacam”, - teleaparıcı Tural Əsədov deyib.
“Britaniya mətbəxi gecəsinin iştirakçıları və qonaqlarına minnətdarlığımı bildirirəm, Tural Əsədovu isə ləyaqətli qələbəyə görə təbrik edirəm. Tədbirə dəstək verən bmi aviaşirkətinə xüsusi təşəkkürümü bildirirəm”, - Diamond Club-un direktoru Səbinə Cüməzadə deyib.
“Britaniya mətbəxi gecəsi”, Diamond Club restoranın 2011-ci ilin payızında start götürmüş “Qurmaniya” layihəsinin ən parlaq tədbirlərindən biri olub.
Modern.az