Bu gün Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Modern.az saytının məlumatına görə, mərasimdə adı çəkilən layihə çərçivəsində keçirilən treninqlərdə iştirak etmiş jurnalistlərə sertifikatlar təqdim olunub.
Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunub və onlara diplomlar, hədiyyələr verilib.
Müsabiqəyə 14 yazı təqdim olunub. Münsiflər həmin yazılar arasından aşağıdakı müəlliflərin məqalələrini qalib elan ediblər:
I yer – İsmayıl İsmayılov “Mediaforum” saytı
II yer – Fərəh Sabirqızı Modern.az saytı
II yer Səxavət Həmid “Mərkəz” qəzeti
III yer – Vüqar Haqverdiyev Modern.az saytı
III yer – Gültəkin Knyazqızı “Azadlıq” qəzeti