Modern.az

Ölkədə sirk və zooparkların bağlanılması təklif olundu - ŞOK VİDEO

Ölkədə sirk və zooparkların bağlanılması təklif olundu - ŞOK VİDEO

5 Noyabr 2019, 16:18

Son zamanlar sosial şəbəkələrdə heyvanlarla bağlı yayılan ürəkağrıdıcı video hər kəsin hiddətinə səbəb olub. Sözügedən videoda sirk ustaları pərdə arxasında heyvanları döyərək guya əhilləşdirirlər. Bir canlıya qarşı bu cür davranış nə dərəcədə doğrudur? Bu, heyvanları əhilləşdirmək üçün mübarizə üsuludurmu?

Sosial şəbəkə işitrakçılarının bəziləri sirkə getməyəcəyini, bəziləri isə ümumiyyətlə sirkin fəaliyyətinin ləğv edilməsinin tərəfdarıdır. 

 

Məsələ ilə bağlı Modern.az “Heyvanları Mühafizə Cəmiyyəti” nin sədri Azər Qarayevin fikirlərini öyrənib. O, hesab edir ki, heyvanlar sirkdə və ya zooparkda deyil, təbiətdə olmalıdırlar:

 

“Bu məsələyə münasibətim çox pisdir. Ümumiyyətlə nə qədər ki, sirklər fəaliyyət göstərirsə, pərdə arxası belə vəhşiliklər davam edəcək. Bütün dünyada bu cür problemlər var və hamısı da pərdə arxasında qalır. Cəmiyyətin böyük  bir hisssəsi isə belə faktlardan xəbərsizdir. Başqa sferalardakı biabırçılıqlardan, (yəni əyləncə məqsədi ilə heyvanların istismarı nəzərdə tutulur) sirk və zoopark ən qəddar məkanlardan hesab edilir. Bu sahə qeyri-humanist bir sahədir. Son 10 ilə nəzər salsaq görərik ki, dünyanın bir çox ölkələrində bu sahədə xeyli irəlləyiş var. Hətta elə ölkələr var ki, orada sirklərin fəaliyyət göstərməsinə icazə verilmir. Misal olaraq, Amerikanın bir çox ştatını (Kaliforniya, Vaşinqton), Ukrayna və s. kimi ölkələri göstərə bilərəm ki, burada sirklərin fəaliyyətinə birdəfəlik qadağa qoyulub. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu problem hələ də qalır. Bir düşünün, hansı heyvan öz xoşu ilə səhnədə bir çox tryuk göstərər? O tryukları əldə etmək üçün sirk ustaları dəfələrlə heyvanlara zor tətbiq göstərərək, onlara işgəncələr verir. Biz bir cəmiyyət olaraq, ölkədə fəaliyyət göstərən sirk və zooparkların əleyhinəyik”.

 

Azər Qarayev düşünür ki, bunun qarşısını ancaq “Beynəlxalq Heyvanların Mühafizəsi Hərakatı” və “Ekoloji Yaşıllar Hərəkatı” birləşərək  ala bilər.

 

“Mənə elə gəlir ki, sirk və zooparkların fəaliyyəti dayandırılsa, heyvanlara qarşı atılmış ən uğurlu addım hesab olunar. Çünki, hər iki məkanda heyvanların vəziyyəti heç də yaxşı deyil. Zooparka gedirsən, baxırsan ki, vəhşi heyvanlar belə insanlara yorğun və aciz baxırlar. Bunu mən heyvanlara qarşı edilmiş bir qəddarlıq hesab edirəm. Bir insanı qəfəsə salın, inanın ki, bir gündən artıq dözməz. Fərqi nədir ki, o da canlıdır də, onun da azad yaşamağa haqqı var.  Nəyə lazımdır ki, onları qəfəsə salıb insanlara nümayiş etdirmək? Şəhərin mərkəzində 2-3 hektar ərazini zəbt etmiş bir zoopark nəyə lazımdır? Natəmizlik şəraitində yaşayan heyvana baxmaq gələcək nəslə nə verəcək? Minlərlə ölkə var ki, oranın zooparkı yoxdur. Ona görə ki, onlar heyvanların azad yaşamasının tərəfdarıdırlar. Həmin ölkələrdə heyvanları təbiətin qoynundan seyr etmək olur, belə vəziyyətdən heyvanlar daha xoşbəxt görsənir, insanlar isə zövq alır ”, - deyə Azər Qarayev bildirib.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək