Modern.az

Azərbaycan deputatı fransız senatorlara təşəkkür etdi

Azərbaycan deputatı fransız senatorlara təşəkkür etdi

Parlament

2 Mart 2012, 09:19

Fransa Konstitusiya Şurasında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmanı nəzərdə tutan qanunun ləğvində Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun əməyini qeyd etmək lazımdır. Bunu Modern.az-a Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Fuad Muradov bildirib.

F.Muradov Fransa Senatında məlum qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə başda xanım Natali Qule olmaqda Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan senatorlara təşəkkür edib.

“Mən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu adından bu mürtəce qanunun önlənməsindəki çalışmalarına görə onlara təşəkkür edirəm. Demokratiyaya, söz azadlığına zidd olan, saxta məlumatlara əsaslanan qanun layihəsinə qarşı çıxmaqla Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri öz əməlləri ilə iki dövlər arasındakı dostluq münasibətlərinə nə qədər önəm verdiklərini nümayiş etdirdilər”.

F.Muradov ümidvardır ki, iki ölkənin parlamentlərarası dostluq qurpları münasibətlərin inkişafı istiqamətində səyləri bundan sonra da gücləndirməyə çalışacaq.

Modern.az  

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım