Modern.az

Azərbaycanlı deputat Norveç və İsveç krallarına müraciət etdi - TAM MƏTN

Azərbaycanlı deputat Norveç və İsveç krallarına müraciət etdi - TAM MƏTN

Parlament

2 Mart 2012, 19:00

Azərbaycan Respublikası Milli Məclisnin deputatı Etibar Hüseynov və "20 Yanvar" Cəmiyyəti İsveç və Norveç krallarına, Norveç Nobel Komitəsinin sədrinə, Norveç Nobel Komitəsinin sədrinə, Nobel ailəsinin üzvlərinə müraciət ünvanlayıb. Modern.az saytı həmin müraciəti olduğu kimi təqdim edir:

- Norveç Nobel Komitəsinin sədri
cənabTyornborq Yanqlanda

Norveç Parlamentinin sədri
cənab Daq Terye Andersenə

İsveç Kralı Əlahəzrət XVI Karl Qustava

Norveç Kralı Əlahəzrət V Harolda

Nobel ailəsinin üzvlərinə 

Hörmətli Nobel Fondunun, Nobel Sülh Mərkəzinin üzvləri

Hörmətli Əlahəzrət Kral,

Hörmətli spiker,

Hörmətli Norveç Nobel Komitəsinin sədri

Hörmətli millət vəkilləri

Hörmətli Nobel ailəsinin üzvləri

Hörmətli xanımlar və cənablar.

Mən Azərbaycanın paytaxtı Baki şəhərindən ölkə parlamentinə secilmiş millət vəkiliyəm. Bakı şəhəri 100 ildən artıq bir müddətdir ki, dünyada öz nefti ilə məhşurdur. Ayrı-ayrı zaman kəsimində Avropanın bir sıra neft maqnatları bu şəhərdə uzun müddət calışmış və fayda götürmüşlər.  Bu qəbildən hətta sizlərin əcdadlarınız sayılan Alfred, Lüdviq və Robert  Nobeller də 1879-cu ildə Bakıda "Nobel qardaşları" şirkətini  yaratmış və təxminən 40 il ərzində ona rəhbərlik etmişdilər. Bu gün dünyanın ən mötəbər mükafatlarından sayılan Nobel mükafatının 12 faizini də məhz Nobel qardaşlarının Bakıdakı müştərək şirkətindən əldə olunan gəliri təşkil edir.  Bu da əlbəttə ki,  bizləri də sevindirən bir məlumatdır. Bakıda yaşayib və işlədikləri zaman kəsiyində Nobel qardaşları bir sira xeyriyyəcilik işləri ilə də məşğul olmuşdular ki, bu da paytaxt sakinləri tərəfindən indinin özündə belə xoş bir xatirə kimi anıılmaqdadır. Elə ona görə də Nobel qardaşlarının adları Baıkda əbədiləşdirilib. Onlarin adinı daşıyan park, kücə,  prospekt  o cümlədən ev muzeyi bakılıların daim hörmətlə ziyarət etdikləri məkanlardan sayılır. Öz vətənlərindən kənarda Nobellərə bu qədər sayğı və diqqət  göstərmış başqa bir ölkə və ya xalqın olmasına inanmıram.

Hörmətli xanımlar və cənablar. Cox təəsüflər olsun ki, həmişə öz tolerantlığı və qonaqpərvərliyi ilə secilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar günü dünyanın xəbər gündəminə ağir faciə ilə gəldi. Həmin gün SSRİ rəhbəri Mixail Qarbacovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri hec bir xəbərdarlıq edilmədən şəhərə yeridildi, azadlıq və demokratiya tələbı ilə dinc aksiya kecirən vətəndaşlara qarşı amansız terror həyata kecirdi. Bu hadisələr zamanı 131 nəfər öldürülmüş, 744 şəxs yaralanmış, 328 nəfər əlil olmuş, 841 nəfər isə qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında müxtəlif millətlərin nümayəndələri, qadınlar, uşaqlar və qocalar, öz qulluq vəzifələrini sona qədər fədakarlıqla yerinə yetirən təcili tibbi yardım işçiləri və polislər olmuşdur. Bakının zəbt edilməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunmuşdur. Beynəlxalq hüquq normaları ilə qadağan olunmuş yandırıcı güllələrdən dinc əhaliyə qarşı istifadə olunması, mülki əhalinin əmlakının məvh edilməsi bunu bir daha sübut edir.

20 yanvar hadisələrinin əsas episentri mənim deputat secildiyim əraziyə - Yasamal rayonuna təsadüf edir. Bu ərazidən  40 nəfər həmın hadisələr zamanı şəhid olmuş, onlarla insan isə yaralanmış və əlil olmuşdur. Onlar ayrı-ayrı millətlərin nümayəndələrı idilər. Şəhid olan insanlardan biri də yenicə ailə həyatı qurmuş İlham Allahverdiyev idi. Onun ölüm xəbərini alan həyat yoldaşı Fərizə buna dözməmiş və zəhər icərək özunə qəsd etmişdir. Halbuki, o bir necə gündən sonar ana olmağa hazırlaşırdı. Bəli cənablar, təəsüflər olsun ki, bütün bu söylənilənlər Böyük Şeksprin dünyaca məhşur əsərindən bir hissə deyil, 20 yanvar günü  Azərbaycan xalqının yaşadığı canlı dramdan bir fraqmentdir.  

Artıq bir əsrdən artıq müddət ərzində dünyanın ən mötəbər mükafatlarından biri hesab olunan Nobel mükafatı bir sıra sahələrdə, o cümlədən sülhün dəstəklənməsi sahəsində mühüm nailiyyətlər əldə etmiş, Nobel mükafatının özündə təcəssüm etdirdiyi fundamental dəyərləri, xüsusilə sülh məramını bölüşən, Alfred Nobelin vəsiyyətnaməsində qeyd olunduğu kimi xalqlar arasında dostluğu təşviq edən və sülhyaratma prosesində iştirak edən insanlara təqdim olunur.

Lakin 1990-cı ildə Nobel sülh mükafatına layiq görülmüş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov haqqında bunu demək mümkün deyildir. Onun vicdanı yuzlərlə vətəndaşının qanına boyanmışdır. Yüzlərlə insan şikəst olmuşdur, minlərlə insanın taleyi sınmış, ev-eşiyindən, doğma torpağından, vətənindən didərgin düşmüşdür. Keçmiş sovet xalqları, xüsusilə də Azərbaycan xalqı hələ də onun törətdiyi cinayətlərin və xəyanətlərin acı nəticələrini yaşayır.

SSRİ Federasiya subyektlərində demokratik ideallar və milli azadlıq uğrunda mübarizə aparan hərəkatları yatırmış, Sovet imperiya hakimiyyətini nəyin bahasına olursa olsun qoruyub saxlamaq məqsədilə SSRİ məkanında indiyə qədər də həllini tapmamış etnik münaqişələrin yaranmasına rəvac vermiş, 1986-cı il dekabrın 17-18-də Qazaxıstanın paytaxtı Alma-Atada, 1989-cu il aprelin 9-da Cürcüstanın paytaxtı Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda, 1990-cı ilin yanvarında Tacikistanın paytaxtı Düşənbədə, 1991-ci il yanvarın 13-də Litvanın paytaxtı Vilnüsda, 1991-ci il yanvarın 20-də Latviyanın paytaxtı Riqada dinc vətəndaşların güllələnməsi əmrini verməklə insanlıq əleyhinə cinayət törətmiş M.Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozmuşdur. O, sovet ordusunun törətdiyi cinayətlərə görə dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır.

Bu əslində sovet rəhbərliyinin SSRİ-ni təşkil edən və müstəqillik uğrunda mübarizəyə qalxmağa cürət edən xalqlara qarşı xəyanəti və amansız qisası idi. Bütün repressiya və qorxu siyasətinə, tökülən günahsız qanlara baxmayaraq, M.Qorbaçov və sovet rəhbərliyi SSRİ-ni qoruyub saxlaya bilmədi. Milli respublikalar öz istiqlallarını əldə etdilər. Lakin çox təəssüf ki, nə M.Qorbaçov, nə həmin qətliamların icraçıları indiyə qədər də məsuliyyətə cəlb olunmamışdır. M.Qorbaçov başda olmaqla onlar nəinki həmin xalqlardan üzr istəməmiş, hətta öz əməllərinə həyasızcasına bəraət qazandırmağa çalışmışlar.

Sizcə, belə bir şəxsi Nobel dəyərlərini bölüşən bir insan, rəhbər və ictimai xadim hesab etmək olarmı? Bu böyük ictimai xadim Alfred Nobelin ruhuna və vəsiyyətinə hörmətsizlik deyilmi?

Azərbaycan xalqı mehriban, sülhsevər və istedadlıdır. O dünyaya bir sıra görkəmli yazıcı ,alim, siyasətci bəxş etmişdir. Bu gün  Nobel mükafatcıları sırasında bizim xalqın nümayəndəsi hələlik ki, yoxdur. Biz buna təbıı baxırıq. Lakin  buna qətiyyən şübhəmiz yoxdur və ümidvarıq ki, nə vaxtsa bu şərəfə mütləq nail olacayıq.  Amma bununla bərabər hesab edirik ki,  tək Azərbaycanda deyil, o cümlədən də kecmiş SSRİ ərazisində əllərı yüzlərlə dinc və hec bir günahı olmayan insanın qanına bulaşmış, milyonlarla insanı qaçqına cevirmiş Mixail Qorbcova Nobel Sülh mükafatının verilməsi də bu mötəbər mükafatın adına bir ləkədir. 
Ümid edirik ki, Nobel ailəsi ilə Bakı arasında tarixi bağları nəzərə alaraq hər zaman bu mükafatın beynəlxalq nüfuzunun keşiyində dayanan Nobel Fondu, Nobel mükafatının verilməsinə görə məsul təsisatlar SSRİ-nin keçmiş prezidenti və ali baş komandanı M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-20-də Bakıda qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinə hörmət olaraq bu mükafatı M.Qorbaçova münasibətdə geri çağıracaq. Dünya ictimaiyyəti onun əsl simasını görərək, onu tarixin gözündə lənətləyəcək. Bununla torpaqda, soyuq məzarlarda uyuyan və əbədiyyətə qovuşan günahsız insanların ruhu nəhayət ki, ilahi sakitlik tapacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım