Modern.az

Saakaşvilinin Azərbaycana səfəri Milli Məclisin iclasının vaxtını dəyişdi

Saakaşvilinin Azərbaycana səfəri Milli Məclisin iclasının vaxtını dəyişdi

Parlament

4 Mart 2012, 05:12


Modern.az saytı Azərbaycan Milli Məclisinin növbəti iclasının martın 6-da keçiriləcəyini xəbər vermişdi.  Parlametdən bu gün saytımıza bildirilib ki, iclasın tarixi dəyişdirilib.

Belə ki, Milli Məclisin iclası martln 6-dan 7-nə keçirilib. Parlamentdən buna səbəb kimi Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya gözlənilən rəsmi səfəri və onun Azərbaycan Milli Məclisində planlaşdırılan iştirakı göstərilib.

Modern.az-a o da bildirilib ki, Milli Məclisin martın 7-də keçiriləcək iclasında Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan deputatları qarşısında çıxış da edəcək.

Xatırladaq ki, martın 7-də Milli Məclisdə 13 məsələnin müzakirəyə çıxarılması gözlənilir.  

Modern.az saytı Milli Məclisin 2012-ci il martın 6-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələləri təqdim edir:

- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında;

- “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);

- “Azərbaycan Respublikası Höküməti və Litva Respublikası Höküməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;    

- “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının  Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Azərbaycan Respublikası Höküməti və Amerika Birləşmiş Ştatları Höküməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə;

- “Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Azərbaycan Respublikası Höküməti və Bolqaristan Respublikası Höküməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən  dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqında  Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan    Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;

- “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan    Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım