Modern.az

Putin 3-cü dəfə Rusiya prezidenti seçildi

Putin 3-cü dəfə Rusiya prezidenti seçildi

Təhsil

4 Mart 2012, 22:32


Martın 4-də Rusiyada prezident seçkiləri keçirilib. Modern.az xəbər verir ki, seçkidə 5 namizəd mübarizə aparıb.
Bunlar hakimiyyətin namizədi, indiki Baş nazir Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasından Sergey Mironov və milyarder Mixail Proxorovdur.

Rusiya KİV-lərinin məlumatına görə, martın 4-də saat 22.00-dan sonra prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Rusiyanın Mərkəzi Seçki Komissiyasından bildirilib ki, səsvermənin ilkin nəticələrinə görə, “Vahid Rusiya” partiyasının lideri, Baş nazir Vladimir Putin 63,97 faiz səs toplayıb. Züqanov 17,7 faiz, Mixail Proxorov 7,65 faiz, Vladimir Jirinovski 6,24 faiz, Sergey Mironov 3,83 faiz səs toplayıb.

Beləliklə Putin 44,3 milyon seçicinin, Züqanov 11.9 milyon seçicinin, Proxorov 5,3 milyon, Jirinivski 4,3 milyon, Mironov isə 2,6 milyon seçicinin səsini qazanıb.

Vladimir Putin 3-cü dəfə Rusiya prezidenti vəzifəsinə seçilib. Bu o, deməkdir ki, seçkilərin 2-ci turuna ehtiyac qalmır.

Seçkilərin nəticələrinə görə namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsəydi, səsvermənin 2-ci turu təyin olunmalı idi.

Martın 4-də saat 22.00-dan sonra Moskvada Vladimir Putinin tərəfdarlarının izdihamlı mitinqi keçirilib.
Kremlin yaxınlığındakı Manej meydanında keçirilən mitinqdə 70 mindən çox insan Putinin qələbəsini qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal