Modern.az

Milli Ordunun əsgəri dünyasını dəyişib

Milli Ordunun əsgəri dünyasını dəyişib

Təhsil

5 Mart 2012, 12:04

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Milli Ordusunun əsgəri Nadir Sərəfəliyev Bakıda hərbi hospitalda leykoz xəstəliyindən dünyasını dəyişib. Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər N.Səfərəliyev ötən il Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, həkimlər əsgərin yaşaması üçün lazımı tədbirlər görsələr də, onun həyatını xilas etmək mümkün olmayıb: “Həkimlər əsgərin yaşaması üçün nə lazımdırsa, ediblər. Lakin bu çox ağır xəstəlikdir. Təəssüf ki, onun xilas etmək mümkün olmayıb”. 
Faktla bağlı araşdırma aparılır

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal