«Biz mütəmadi olaraq, ictimaiyyət nümayəndələri ilə Qarabağ bölgəsinə, cəbhə xəttinə səfərlər edirik». Bu sözləri Dağlıq Qarabağ səfər edən jurnalistlərə açıqlamasında millət vəkili Fuad Muradov səsləndirib. O, söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi ən vacib məsələlərdən biridir:
«Bu gün biz tarixi bir yerdəyik və burada çox qanlı döyüşlər gedib. Bizim əsgərlərimiz, qardaşlarımız sona qədər mübarizə aparıblar. Dayandığımız torpağın hər bir metrində qardaşlarımızın qanı axıb. Təbii ki, tariximizdə çox unutqanlıq olub. Bu o demək deyil ki, biz ancaq silah dili ilə danışmalıyıq. Bu gün burada olmağımız Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin möhkəmlənməyi naminə indiki və böyüməkdə olan nəsil üçün vacib amillərdəndir. Hazırda Xocavənd ərazisində olan Azərbaycan vətəndaşı bilir ki, Qarabağa çox yaxındır. Torpaqlarımızın işğaldan azad olunacaq an tez bir zamanda olacaq. Mən bunu hiss edirəm, inanıram. Bura gələn jurnalistlərimiz, ictimaiyyət nümayəndələri hamısı o fikirlə dönəcək ki, həqiqətən Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmdədir və yaxın zamanlarda biz onu bərpa edəcəyik».
Qarabağ problemi ilə bağlı beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın öz mövqeyimini diqqətə çatdırdığını bildirən millət vəkili işğal olunmuş ərazilərin azad olunması məsələsi ilə bağlı hansı sənədlər qəbul edildiyinin hər kəsə bəlli olduğunu deyib:
«Amma eyni zamanda biz döyüşə də hazır olmalıyıq. Bunun başqa yolu yoxdur və bu hazırlıq təkcə fiziki cəhətdən deyil, həm də mənəvi hazırlıqdır. Bu gün burada biz həmin hazırlığı hiss edirik. Əminəm ki, yaxın zamanlada görüşlərimiz Qarabağda olacaq».
Modern.az