Modern.az

Müdafiə Nazirliyi hərbi maşının minaya düşməsilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi hərbi maşının minaya düşməsilə bağlı məlumat yayıb

Təhsil

5 Mart 2012, 12:59

Martın 5-də Azərbaycan Milli Ordusuna məxsus hərbi maşın minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə cəbhənin Tərtər rayonu Qızıloba kəndi yaxınlığında baş verib.
Hadisə nəticəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1987-ci il təvəllüdlü Raduqa Məmmədrahim oğlu Abdulrəhimov kəllə-beyin travması alıb. Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal