Modern.az

İlham Əliyev Putini təbrik etdi

İlham Əliyev Putini təbrik etdi

Təhsil

5 Mart 2012, 13:06

Azərbaycan prezidenti İlham Əliyev Rusiyada keçirilən seçkilər nəticəsində 3-cü dəfə dövlət başçısı seçilən Vladimir Putinə təbrik ünvanlayıb. Təbrikdə deyilir.

- Hörmətli Vladimir Vladimiroviç, 
Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. 
Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir. 
Ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir. 
Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Dost Rusiyanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm! 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal