Modern.az

Arvadını və anasını öldürən şəxslər barədə rəsmi məlumat açıqlandı

Arvadını və anasını öldürən şəxslər barədə rəsmi məlumat açıqlandı

Təhsil

5 Mart 2012, 13:19

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, martın 4-də Cəlilabad rayonunun Günəşli kəndindəki evində kənd sakini Əlizamin Rzayev qısqanclıq zəminində arvadı Turanə Cəfərovanı bıçaqla qətlə yetirib, onunla birgə olan Masallı rayon sakini Almaz Dəmirova isə xəsarət yetirib. Ə.Rzayev Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulub.

Bundan əlavə, həmin gün Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəsəbə sakini Elmir İbrahimov qısqanclıq zəminində anası Aygün İbrahimovanı bıçaqla qətlə yetirib, onunla birgə olan Nizami Abdullayevə isə xəsarət yetirib. E.İbrahimov Abşeron RPŞ əməkdaşları tərəfindən tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal