Modern.az saytının məlumatına görə, ANS TV-dəki “Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı, meyxanaçı Tərlan Dağlı (Mustafayev) oğurluqda şübhəli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polisin məlumatına görə, T.Mustafayev və dostu Orxan Rüstəmov ötən il dekabrın 11-nə keçən gecə O.Bağırov küçəsində yaşayan Z.Əliyevanın evindən televizor, DVD və telefon oğurlamaqda şübhəli bilinirlər.
T. Mustafayev son bir ayda 3 dəfə bıçaqlanıb. Sonuncu dəfə o, fevralın 26-dan 27-nə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 6-nın qarşısında qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində onun özünə xəsarət yetirdiyi məlum olub.