Modern.az

Leyla Əliyeva: “Mən bütün ruhumla bu təkrarolunmazlığı duyuram” - FOTO

Leyla Əliyeva: “Mən bütün ruhumla bu təkrarolunmazlığı duyuram” -  FOTO

Təhsil

5 Mart 2012, 16:38

Moskvada nəşr olunan “Baku” jurnalının yeni sayı çapdan çıxıb. Modern.az bildirir ki, jurnalın bu sayında Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, jurnalın baş redaktoru Leyla Əliyeva baş yazı ilə çıxış edib. Bu dəfəki redaktor köşəsində L.Əliyeva Azərbaycan rəssamları barədə fikirlərini açıqlayıb.

“Hər dəfə azərbaycanlı rəssamlarla görüş zamanı həmişə düşünürəm ki, bu o qədər də böyük olmayan ölkədə necə də belə geniş və böyük incəsənət məktəbi formalaşıb. Mən bütün qəlbim və ruhumla bizim rəssamların unikal, özünəməxsus və təkrarolunmazlığını duyuram”-deyə L.Əliyeva qeyd edib. 

Jurnalda həmçinin tanınmış rus yazıçısı Boris Akuninin Bakı səfəri və bununla bağlı təəəsüratları əks edilib. Burada oxucular həmçinin dünya şöhrətli ispan muğənnisi Robertina Lorettinin azərbaycanlı tələbəsi Emin Eminzadə barədə maraqlı yazı verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal