Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyaca məşhur “Kurtlar Vadisi Pusu” serialının baş rol oyuncuçu, hamının Polan Ələmdar kimi tanıdığı aktyor Necati Şaşmaz yeni seriala çəkilib. Belə ki, haqqında müxtəlif söz-söhbətlər gəzib-dolaşan N.Şaşmaz TRT1 kanalının Türkiyənin tanınmış yazıçısı Kamal Tarixin ölümsüz əsəri əsasında çəkdiyi “Kurt Kanunu” serialına qonaq olaraq çəkilib. Qeyd edək ki, aktyor N.Şaşmaz yeni serialda Ənvər Paşa obrazını yaradacaq. Bir çoxları N.Şaşmazın “Kurt Kanunu” serialına qonaq oyunçu kimi gətirilməsini həmin serialın reytinqini artıracağı kimi qiymətləndirir.
Modern.az