Modern.az

Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı

Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı

Aktual

17 Noyabr 2019, 22:17

Laçın rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri aşkarlayıb.

Modern.az xəbər verir ki, Laçın rayon Polis Şöbəsinə Agcabədi rayonunun Taxta körpü qəsəbəsinin "Nurəddin qış obası" istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21099" markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və avtomobildəki sərnişin, 1986-cı il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olması müəyyən edilib. Hər iki şəxsin iştirakı ilə avtomobillə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş Turac növünə aid çöl quşu, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşalülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi