Modern.az-ın məlumatına görə, Qırğızıstanda yol polisi müfəttişləri 8 mart beynəlxlaq qadınlar günü münasibəti ilə qadın sürücüləri qeyri-adi şəkildə təbrik edəcəklər. Belə ki, bayram ərəfəsində Qırğızıstan yol partul xidmətinin əməkdaşları sükan arxasında əyələşən qadın sürücülərə qanun pozuntusuza yol versələr belə, cərimə tətbiq etmək əvəzinə onlara gül hədiyyə edəcəklər. Qeyd edək ki, ciddi qanun pozuntusuna görə cərimələr tətbiq ediləcək. Bu barədə Qırğızıstan DİN-in mətbuat xidməti məlumat yayıb.