“Rusiya dünyanın 3 ən güclü dövlətindən biri sayılır. Amma onun 4 zəif cəhəti - demoqrafik problemləri, iqtisadi çətinlikləri, coğrafi vəziyyəti və çətin beynəlxalq situasiya var”.
Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “Sohu” nəşri yazıb.
Nəşrin fikrincə, güclü ordusu və geniş əraziləri Rusiyaya dünya gücü olmağa imkan verir. Amma buna rəğmən, nəhəng Rusiya bir sıra problemlərlə üzləşir.
“İlk növbədə, bu əhali ilə bağlıdır. Rusiyada əhalinin say azlığı həmişə özünü biruzə verib. Bu problemə İkinci Dünya Müharibəsində verilən böyük itkilər, qadınlarla kişilər arasında ciddi fərqin yaranması və 90-cı illərdə doğumun kəskin düşməsi daxildir”.
Müəlliflər Rusiyanın digər çatışmazlıları kimi əhalinin çoxmillətli tərkibini, iqtisadi çətinikləri qeyd edir. Xüsusən, iqtisadiyyatın Sovet İttifaqı dövründən hərbi və ağır sənayeyə yönəlməsi mənfi amil kimi səciyyələndirilir. Bununla yanaşı, Rusiyanın geniş ərazisi olsa da, coğrafi mövqeyinin uyğun olmadığı da görülür.