Modern.az-ın məlumatına görə, Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib. Bir qədər öncə Azərbaycana təşrif buyuran gürcü prezindenti Heydər Əliyev Hava limanında Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşılayıb. Rəsmi qarşılanma mərasimində hər iki dövlət başçıları rəhbərlik etdikləri hökumət nümayəndələrini bir-birlərinə təqdim ediblər. Daha sonra xatirə şəkili çəkilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan Milli Məclisində də iştirakı gözlənilir.