Bakıda Böyükşor yol qovşağının üçüncü mərhələsi – Heydər Əliyev Beynəlxalq Aeroportundan 8-ci kilometr qəsəbəsi istiqamətində asma körpünün inşası sürətləndirlib.
Modern.az xəbər verir ki, ümumi uzunluğu 665 metr olan yol ötürücüsünün asma hissəsi 360 metr olmaqla burazlar vasitəsilə asılacaq. Körpünün asma hissəsini hündürlüyü 93 metr olan dayaq saxlayacaq. Artıq asma hissənin burazlarını quraşdırmağa başlayıblar.
Bu, Azərbaycanın və Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı hesab olunur.
Metronun “Koroğlu” stansiyası ətrafında yerləşən qovşaqdakı asma körpü vasitəsilə aeroport istiqamətindən, yəni Sabunçu dairəsindən gələn nəqliyyat vasitələri birbaşa Qara Qarayev prospektinə keçə biləcəklər.
Modern.az-a daxil olan məlumata görə, asma körpü may ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinədək istifadəyə veriləcək. Bununla bağlı ölkə başçısnın işləri sürətləndirmək üçün tapşırıq verdiyi bildirlir.
Modern.az saytı həmin körpüdən şəkilləri təqdim edir.
Modern.az