Modern.az

Oskanyandan maraqlı açıqlama: “Primakov dedi ki, 6 rayonu təcili Azərbaycana qaytarmaq lazımdır”

Oskanyandan maraqlı açıqlama: “Primakov dedi ki, 6 rayonu təcili Azərbaycana qaytarmaq lazımdır”

Təhsil

6 Mart 2012, 20:03

Ermənistanın keçmiş xarici işlər naziri  “ümumi dövlət” təklifinin necə meydana çıxması barədə yazıb

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 1998-ci ildə ciddi müzakirə mövzusuna çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif olunmuş “ümumi dövlət” prinsiplərini yaranması ilə bağlı xatirəsini dərc edib. Bu yazıda bir sıra maraqlı məqamlar olduğu üçün oxucuların diqqətini çəkəcəyini düşünürük.

Oskanyan yazır ki, 1998-ci ildə Köçəryanla İrəvan xəstəxanasının zalında basketbol oynayan zaman qəfildən zala o zamankı müdaifə naziri Vazgen Sərkisyan daxil olub.

“Biz oyuna təzə başlamşıdıq ki, Sərkisyan tələsik zala daxil olub Köçəryanı çağırdı. Hiss olunurdu ki, nəsə qəfil hadisə baş verib. Köçəryan məni çağırdı və dedi ki, Rusiyanın müdafiə naziri Sergeyev zəng vurub. Xarici işlər naziri Primakov səni və V. Sərkisyanı yanına çağırır”.

Oskanyan qeyd edir ki, o zaman Dağlıq Qarabağla bağlı danışıqlar prosesi getmirdi. Həmsədrlərin sonuncu təklifləri 1997-ci ilin payızında olmuşdu. Minsk Qrupunun “mərhələli həll” təklifi Ermənistanda siyasi vəziyyəti dəyişmişdi. Ter-Petrosyan istefaya getməli olmuşdu.

“Mayın 15-də axşam biz Moskvaya yola düşdük. Səhəri gün müdafiə nazirinin Moskva ətrafında olan iqamətgahına gəldik. Bizi xarici işlər naziri Primakov, müdafiə naziri Sergeyev və kəşfiyyat idarəsinin rəhbəri qarşıladı” yazan Oskanyan qeyd edir ki, həmin dövrdə Primakovla Köçəryanın münasibətləri pis olub.
Belə ki, 1996-cı ildə Primakov Xankəndinə gələrək əsirlərlərin qaytarılması üçün Bakı ilə ermənilər arasında vasitəçilik edib. O zaman qondarma qurumun rəhbəri olan Köçəryan rimakovun bu təşəbbüsünü rədd edib və bu Primakovu möhkəm qəzəbləndirib. 

“Qısa salamlaşmadan sonra Primakov dərhal mətləbə keçdi. O dedi ki, Rusiya erməni tərəfiinə təqdim etmək üçün özünün Qarabağ məsələsi ilə bağlı təkliflərini hazırlayıb. Primakov bildirdi ki, Rusiya Ter-Petrosyanın istefasına baxmayaraq mərhələli həll planının qüvvədə qaldığını hesab edir və Dağlıq Qarabağ ətrafında olan rayonları hamısı Azərbaycana qaytarılmalıdır”.

Daha sonra ermnilərin təəccübünə rəğmən Primakov bildirir ki, müdafiə nazirinin bu görüşdə işttiraı təsadüfi deyil.
“Primakov dedi ki, müdafiiə nazirinin burda olması o deməkdir ki, bu məsələdə ordu rəhbərliyi   hakimiyyətlə vahid mövqedən çıxış edir. Dedi ki, ermənilər elə bilməsinlər ki, hərbçilərin ayrıca mövqeyi var”.   

”Bu bizim üçün tamamilə gözlənilməz oldu” qeyd edən Oskanyan yazır ki, erməni tərəfi bundan sonra öz təkliflərini irəli sürüb. 

Erməni tərəfi siyasi hiyləgərliyə əl atır. Oskanyan qeyd edir ki, “bizim üçün əsas olan  Qarabağ məsələsində öz maraqlarımızı həm də Rusiyanın maraqları ilə uzlaşmanı təmin etmək idi”. Oskanyan Primakovun Dnestryanı bölgə üçün təklif etdiyi “ümumi dövlət” prinsipləri üzərində  öz təkliflərinmi irəli sürür.  

Primakovla danışıqlar zamanı erməni tərəfi Rusiyanı inandırır ki, Dağlıq Qarabağın siyasi statusu müəyyən olunmayınca hər hansı bir rayonun qaytarılması Ermənistanın bölgədə mövqeyini zəifləməsi deməkdir. Bu isə eyni zamanda Moskvanın Qafqazda mövqeyinin zəifləməsinə gətirəcək. Bundan sonra ermənilər Dağlıq Qarabağla Bakı arasında “şaquli münasibətlərin” yaradılmasına imkan verən “dnesteryanı” prinsiplərini təklif edirlər.

“Bizim bu sözləırimizdən sonra hiss etdik ki Rusiyanın mövqeyində nəsə dəyişib. Çox gözləmək lazım gəlmədi. Primakov bundan sonra Bakıya getdi. 1998-ci ilin noyabrında Minsk Qrupunun həmsdərləri tərəflərə “ümumi dövlət” adlı təkliflərini verdilər”-deyə Oskanyan qeyd edir.

Xatırladaq ki, 2001-ci ildə mərhum prezident Heydər Əliyev ATƏT-in bu prinsiplərini ictimai müzakirəyə çıxarmaqla beynəlxalq təzyiqi darmadağın edə bildi. O zaman Azərbaycanın bütün siyasi qüvvələri, ictimi rəyi  “ümumi dövlət” prinsiplərini birmənalı olaraq rədd etdi. 

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal