Modern.az

Bu gün İçərişəhərdə qadınlarla bağlı maraqlı aksiya var

Bu gün İçərişəhərdə  qadınlarla bağlı maraqlı aksiya var

Təhsil

7 Mart 2012, 09:44

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Gazelli International ltd” şirkəti 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə bu gün İçərişəhərdə maraqlı aksiya keçiricək.

Modern.az xəbər verir ki, martın 7-si saat 17:00-dan 21:00-a kimi Qoşa Qala Qapısı Meydanında Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçılar Birliyinin üzvləri pulsuz olaraq arzu edən hər bir qadının şarjını çəkəcək. Aksiyaya qoşulan hər bir xanıma onun rəssam tərəfindən çəkilmiş  şarjı və qızılgül hədiyyə olunacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əziz xanımları DJ Elio Sançezin ifasında müasir musiqi sədaları ilə müşayiət olunacaq bu tədbirə dəvət edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal