Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə növbəti dəfə Təhsil Nazirliyinin fəaliyyətinə aid sahəni tənqid edib. Modern.az saytının məlumatına görə, M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bəzi dərsliklərdə çoxlu səhvlərin olduğunu vurğulayıb.
Məleykə Abbaszadə deyib ki, belə səhvlərə daha çox “Tarix” və “Biologiya” dərsliklərində rast gəlinir.
“Daha çox nöqsanlar rus bölməsi üzrə nəşr edilən dərsliklərdə qeydə alınıb. Çünki Azrbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzərə saldıqda daha çox "Tarix" və "Biologiya" dərsliklərində müxtəlif səhvlər qeydə alınıb".
Komissiya sədri vurğulayıb ki, onların məqsədləri bu nöqsanları göstərmək deyil, əsas məqsəd qəbul imtahanlarında bu səhvlərin yaratdığı pis nəticənin qarşısını almaqdır.
Qeyd edək ki, dərsliklərdə rast gəlinən səhvlər "Abituriyent " jurnalının I sayında dərc edilib.