Modern.az saytı xəbər verir ki, bu gün Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilir.
İclasda Azərbaycana rəsmi səfərə gəlmiş Gürcüstan prezidenti Mixail Saakaşvili də qatılıb. Onun deputatlar qarşısında çıxışı gözlənilir.
Xatırladaq ki, martın 7-də Milli Məclisdə 13 məsələnin müzakirəyə çıxarılması gözlənilir.
Modern.az saytı Milli Məclisin 2012-ci il martın 6-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələləri təqdim edir:
- Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında;
- “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);
- “Azərbaycan Respublikası Höküməti və Litva Respublikası Höküməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- “Azərbaycan Respublikası Höküməti və Amerika Birləşmiş Ştatları Höküməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında” Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə;
- “Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- “Azərbaycan Respublikası Höküməti və Bolqaristan Respublikası Höküməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqında Azərbaycan Respublikası qanunun layihəsi haqqında;
- “Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;
- “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.