Modern.az

Ermənistan “Eurovision-2012” üçün Bakıya gəlməkdən rəsmən imtina etdi

Ermənistan “Eurovision-2012” üçün Bakıya gəlməkdən rəsmən imtina etdi

Təhsil

7 Mart 2012, 12:47

Ermənistan Respublikası may ayında Bakıdada keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə nümayəndə göndərməkdən rəsmən imtina edib. Modern.az xəbər verir ki, bununla bağlı Ermənistan İctimai Televiziyası Avropa Yayımları Birliyinə məlumat verib.

“Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand  bununla bağlı təəssüfləndiyini qeyd edib.  
“Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. Bizdən asılı olmayan səbəblərə görə, onlar belə qərar verdilər”.

Bununla da, Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək. Hər yarımfinalda 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Frans, Almaniiya, İtaliya, İspaniya,  Böyük Britaniya və keçən il müsabiqədə qalib gələn Azərbaycan isə birbaşa finalda çıxış edəcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal