Ümid Partiyasının sədri, milllət vəkili İqbal Ağazadə Milli Məclisdə çıxış edərək öncə Azərbaycan qadınlarını 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib və qarşıdan gələn Novruz bayramı ərəfəsində amnistiya verilməsi təklifi irəli sürüb.
Milllət vəkili bayram ərəfəsindən amnistiyanın ölkədə yüksək əhval-ruhiyyə yaradacağını bildirib:
“Milli Məclisin amnistiya ilə bağlı qərarı əhalidə yüksək əhval-ruhiyyə yaradacaq. Bu məsələ Novruz bayramına çatdırılmayacağı təqdirdə cənab prezidentə müraciət ediləcək ki, heç olmasa əfv fərmanı versin. İnsanlar, müəyyən siyasi məhbuslar azadlığa buraxılsınlar. Bu addım insanlar arasında yeni əhval-ruhiyyə yaradar və siyasi sabitliyi daha da gücləndirərdi”.
Modern.az