Modern.az

Mixail Saakaşvilidən ibrətamiz çıxış: "Bir kərə yüksələn bayraq bir daha enməz”

Mixail Saakaşvilidən ibrətamiz çıxış: "Bir kərə yüksələn bayraq bir daha enməz”

Təhsil

7 Mart 2012, 13:02


Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili martın 7-də Milli Məclisə gəlib. Modern.az xəbər verir ki, Gürcüstan prezidenti azərbaycanlı deputatlar qarşısında çıxış edib.

M.Saakaşvili qeyd edib ki, iki ölkəni bir strateji əməkdaşlıq bağlayır.

“Bizi əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır.
Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq – istər xristianlara, istər müsəlmanlara qarşı. İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”.

Sonra Saakaşvili Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin səsləndirdiyi sözləri azərbaycanca deyib: “Bir kərə yüksələn bayraq bir daha enməz”.

O vurğulayıb ki, Azərbaycan və Gürcüstan böyük mübarizədən sonra yenidən öz müstəqilliyini elan edib.

“Hər iki xalq heç vaxt öz müstəqilliyindən imtina etməyəcək. Hətta Rusiyanın planları olsa belə”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal