Modern.az

Ombudsman hərbi komissarlıqlarda rüşvətxorluğun tüğyan etdiyini deyib

Ombudsman hərbi komissarlıqlarda rüşvətxorluğun tüğyan etdiyini deyib

7 Mart 2012, 13:28

Milli Məclisin martın 7-də keçirilən iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 2011-ci il üçün illik məruzə söyləyib. 
Elmira Süleymanova hesabat məruzəsində bildirib ki, 2011-ci ildə Ombudsmanın ünvanına vətəndaşlardan korrupsiya və rüşvətlə bağlı daxil olan müraciətlərin sayı artıb. Belə ki, korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə əlaqədar 797 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur.

Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi haqda məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar da əksini tapıb.

E. Süleymanova hesabatında hərbi komissarlıqların tibb komissiyaları və hərbi komissarlıqlarda yol verilən rüşvət hallarına toxunub. Bildirib ki, ötən il hərbi qulluqçulardan və onların ailə üzvlərindən, habelə ehtiyyatda və istefada olan hərbi qulluqçulardan müvəkkilin ünvanına 887 şikayər daxil olub. Şikayətlərdə hərbi qulluqçuların mənzillə daxil edilməsi, müvəqqəti mənzilin kirayəsi üçün onlara verilən pul konpensiyasasının məbləğinin artırılması, hərbi qulluqçuların xidmətdən vaxtında təxris olunması, intizam qaydalarının pozulması nəticəsində nizamnamədənkənar hallar süründürməçiliyə, hərbi xidmətə yararlılığın yoxlanılması zamanı pozuntulara yol verilməsi, hərbi biletin, müharibə veteranı ststusunun verilməsi öz əksini tapır. Burada qeyd olunur ki, rüşvət alma və vəzifədən sui-istifadəyə yol verdiklərinə görə, ötən il Bakı şəhərinin Binəqədi, Suraxanı və Xətai rayonunun, Sumqayıt şəhərinin hərbi komissarlıqları barəsində cinayət işi başlanmaqla həbs edilib, Gəncə şəhərinin Nizami rayonunun və bəzi digər rayonların hərbi komissarları tutduqları vəzifədən azad edilib.

Ombudsman bu sahənin işinə nəzarətin gücləndirilməsi və zəruri tədbirlərin görülməsini vacib sayıb.

Ombudsman qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edib. O bildirib ki, mənzil sahəsində olan problemlərdən biri müxtəlif vətəndaşlar tərəfindən nəinki son 15 ildə, hətta ötən əsrin ortalarından etibarən Bakı şəhərində və onun ətrafında zəbt edilmiş yerlərdə inşa olunmuş qanunsuz tikililərlə, həmçinin əhalinin daimi məskunlaşdığı belə ərazilərdə tikilmiş evlərin inventarlaşdırılmaması və onların qeydiyyata alınmaması ilə bağlıdır.

Müvəkkil Hövsan, Binə və Ramanı südçülük sovxozlarında, həmçinin Bakı şəhərinin "Alatava", "Zığ", "Vorovski", "Xutor", "NZS", "UPD", "Keşlə", Yasamal kimi tanınan yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərin inventarlaşdırılmasını, özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasını və həllinin sürətləndirilməsini təklif edib.

Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər