Modern.az

8 Martda qar yağacaq

8 Martda qar yağacaq

Təhsil

7 Mart 2012, 13:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək. Belə ki, martın 8-dən etibarən Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir.

Məlumata görə, yaxın günlərdə ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Ölkənin şimal rayonlarında yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10 şaxtadan 4 dəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal