Modern.az

Əli Məsimli Şəkidəki vəziyyətdən şikayətləndi

Əli Məsimli Şəkidəki vəziyyətdən şikayətləndi

Təhsil

7 Mart 2012, 16:34

Milli Məclisin martın 7-də keçirilən iclasındakı çıxışında deputat Əli Məsimli təmsil etdiyi rayonun qaz təhcizatı barədə danışıb. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, bir neçə idir Şəkinin kəndlərinin qazlaşdırılması prosesi aparılmır:

«Dövlət başçısı səviyyəsində daha çox diqqət edilən məsələ qazlaşdırma ilə bağlıdır. Şəkidə kəndlərin qazlaşdırılması qrafiq üzrə aparılmır. Məlumat üçün bildirim ki, ötən ilin sonunadək qazlaşdırma başa çatmalı idi. Amma bu baş vermədi. Bu gün Şəkidə qazlaşdırma səviyyəsi orta Azərbaycan göstəricisindən 4 dəfə aşağıdır».

Əli Məsimlinin çıxışından sonra Gürcüstan prezidenti Mixail Sakaaşvili spiker Oqtay Əsədovla birlikdə zala daxil olduğundan çıxışlar dayandırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal