Modern.az

Siyavuş Novruzov hüquq müdafiəçilərini Vətən xaini adlandırdı

Siyavuş Novruzov hüquq müdafiəçilərini Vətən xaini adlandırdı

Təhsil

7 Mart 2012, 16:47

Milli Məclisdə Ombudsmanın hesabatı zamanı deputat Siyavuş Novruzov deyib ki, bu gün Elmira Süleymanova hesabat verdi və bir illik fəaliyyəti ilə bağlı danışdı: “Hesab edirəm ki, ölkədəki hüquq müdafiəçiləri də bu hesabatdan nümunə götürməlidir.

İndiyədək onlar kimlərin hüquqlarını qoruyublar? Onlar Vətənə xəyanət edənləri, dövlətini satanları, erməniyə qulliq edənləri, Azərbaycanda terror edənləri müdafiə ediblər.

Onlar bu günə qədər bir müəllimin, həkimin, internatdakı məktəblinin hüququnu müdafiə ediblərmi? Xeyr. Onlar ancaq pullu adamların hüquqlarının müdafiəsi ilə məşğuldurlar. Azərbaycana təzyiq göstərilməsi üçün olmazın yalanı, böhtanı yazıb müxtəlif beynəlxalq təşkilatlara göndəriblər. Hesab edirəm ki, onlar ictimaiyyət və Milli Məclis qarşısında hüquq müdafiəçisi kimi fəaliyyət göstərdikləri 10-15 ilin hesabatını verməlidirlər.

Diqqət edin, Ermənistandan 300 minə yaxın insan deportasiya olunub. Bu dırnaqarası hüquq müdafiəçiləri onların birinin işini Avropa Məhkəməsinə göndərməyiblər.

Ancaq Füzuli küçəsindəki bir evə görə Avropa Məhkəməsinə müraciət edirlər”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal