Modern.az-ın məlumatına görə, daxili işlər naziri Ramil Usubov Quba rayon Polis İdarəsinin rəis müavini Azər Rzayevi tutduğu vəzifədən azad edib. Məlumatı DİN-in mətbuat xidməti təsdiqləyib. Rəis müavinin hansı səbəbdən çıxarılması ilə hələlik açıqlanmır.
Qeyd edək ki,Qubada baş verən hadisələrdən sonra bu artıq ikinci kadr dəyişikliyidir. İcra başçısı Rauf Həbibov 1 mart aklsiyasından sonra istefa vermişdi.