Modern.az

Ukraynalı deputatdan Etibar Hüseynova dəstək gəldi

Ukraynalı deputatdan Etibar Hüseynova dəstək gəldi

Parlament

8 Mart 2012, 20:34

Mixail Qorbaçovun Nobel mükafatının geri alınması ilə bağlı millət vəkili Etibar Hüseynov tərəfindən irəli sürülmüş təşəbbüs beynəlxalq rezonans doğurub.

Ukrayna Parlamentinin üzvü Leonid Qraç jurnalistlərə bildirib ki, Qorbaçovun mükafatı geri alınmalıdır: “Mən bu mövqeyimi Vladimir Putinə də bildirmişəm. Qorbaçov məhkəmə qarşısına çıxarılmalıdır. Onu bütün hüquq və titullardan  məhrum etmək və Sibirə göndərmək lazımdır. Mən Qorbaçovun Nobel mükafatından məhrum edilməsi ilə bağlı azərbaycanlı deputatın təklifini alqışlayıram. Qorbacov şərəfsiz oğlu şərəfsizdir. Çünkü bu əçlafın günahı ucbatından milyonlarla insan həlak olub. O, faşistlərdən də artıq bəlalar gətirib”, - deyə Qraç bildirib.

Tarix elmlər doktoru, professor,  Ukraynanın əməkdar hüquqşünası, Rusiya Təhlükəsizlik Akademiyasının akademiki Leonid Qraç 2008-ci ildə 3-cü dəfə Ukrayna parlamentinə deputat seçilib. O, parlamentin ən iri fraksiyalarindan birinə rəhbərlik edir. 2008-ci ildə Ukrayna və Rusiya Federasiyası arasında dostluq və əməkdaşlığa verdiyi töhfələrə görə Prezident Vladimir Putinin fərmanı ilə “Dostluq Ordeni” ilə təltif edilib.

Mənbə:
//obozrevatel.com/politics/06458-grach-gorbacheva-nuzhno-otpravit-v-sibir.htm

//svodka.net/poslednie-svodki/svodki/250382

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım