2011-ci ilin 3 mart-31 dekabr tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli “qaynar xətt” mərkəzinə 3578 müraciət daxil olub. Modern.az Nazirlər Kabinetinin hazırladığı illik hesabatdan həmin müraciətlərin sahələr üzrə bölgüsünü əldə edib. Məlum olub ki, Azərbaycan vətəndaşlarının ən çox şikayət etdikləri sahələr aşağıdakılardır:
№ | Sahələr | Müraciətlərin sayı |
1 | Sosial müdafiə | 773 |
2 | Polis | 454 |
3 | Yerli icra hakimiyyəti | 307 |
4 | Bələdiyyə | 201 |
5 | Səhiyyə | 198 |
6 | Təhsil | 182 |
7 | Ədliyyə | 105 |
8 | Məhkəmə | 95 |
9 | Azərenerji | 95 |
10 | Nəqliyyat sahəsi | 83 |
11 | Gömrük | 76 |
12 | Qaz təchizatı sahəsi | 72 |
13 | Əmlak Məsələləri üzrə Dövlət Komitəsi | 70 |
14 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 70 |
15 | Özəl sektor | 55 |
16 | Hərbi sahə | 33 |
17 | Digər sahələr | 709 |
Modern.az