Modern.az

Gələn il üçün ehtiyac meyarının həddi 160 manat olacaq

Gələn il üçün ehtiyac meyarının həddi 160 manat olacaq

25 Noyabr 2019, 14:03

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki,, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi