Azərbaycanda qiymətli metalların hasilatı və emalı sahəsində istismar işləri davam etdirilir. Modern.az Nazirlər Kabinetinə istinadən bildirir ki, 2011-ci ildə “R.V.İnvestment Group Services, LLC USA”şirkətinin Gədəbəy qızıl filiz yatağında apardığı işlər nəticəsində 1782,2 kq qızıl, 1216,2 gümüş istehsal edilib. Burada Azərbaycanın payı 229,2 kq qızıl, 157,5 kq gümüş təşkil edib.
R'smi məlumata görə, hasilat dövrü başladıqdan indiyədək Azərbaycanın payı olaraq 513,6 kq qızıl (999,9 əyarlı) saxlanması üçün Mərkəzi Banka təhvil verilib.
Azərbaycanın qızıl qataqlarının işlənməsi üzrə “R.V.İnvestment Group Services, LLC USA”şirkətilə bağladığı saziş əsasında Qoşa (Tovuz rayonu) yatağında kəşfiyyat işləri başa çatdırılıb, hasilata başlamaq üçün iş aparılır. Digər saziş üzrə Çovdar yatağında (Daşkəsən rayonu) kəşfiyyat işləri aparılıb.
Modern.az