Modern.az

Deputat Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsaiti artırmağa çağırdı

Deputat Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsaiti artırmağa çağırdı

25 Noyabr 2019, 13:59

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına ayrılan vəsaitlə bağlı məsələ qaldırıb.

“Hesab edirəm ki, Azərbaycan İcmasına ayrılan vəsait artırılmalıdır. Hazırda icma öz fəaliyyətini xeyli aktivləşdirib. Lakin ayrılan vəsaitə baxsaq, görərik ki, bu vəsait icmanın fəaliyyətini əhatə etmir”.

Modern.az-ın məlumatına görə, A.Quliyev qeyd edib ki, son zamanlar Dağlıq Qarabağdakı separatçı qurumun fəallaşdığını da nəzərə alıb Azərbaycan İcmasına ayrılan vəsaitə yenidən baxmalıyıq: “Bu vəsait ən azı iki dəfə artırılmalıdır. Büdcə layihəsində icmaya cəmi 200 min manat ayrılıb. Lakin vəsaitin artırılması yaxşı olardı”.

Deputatın sözlərinə görə, işğal olunmuş digər rayonların da büdcəsinə baxmalıyıq ki, işğal günlərində ölkə xaricində də bir sıra tədbirləri həyata keçirsinlər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi