Baş prokuror Zakir Qaralov yeni təyinatlar barədə əmr imzalayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Z.Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elmar Camalov tutdugu vəzifədən azad edilərək Baş prokurorun böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elşən Albəndov isə Baş prokurorun köməkçisi vəzifəsinə təyin ediliblər.
Modern.az