Modern.az

“Jurnalistika fakültəsində elə tələbələr var ki, heç cümlə qurmağı bacarmırlar” - Müəllim

“Jurnalistika fakültəsində elə tələbələr var ki, heç cümlə qurmağı bacarmırlar” - Müəllim

9 Mart 2012, 19:04

Bakı Qızlar Universitetinin Jurnalsitika fakültəsinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədli Modern.az-a müsahibəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin bacarıqsızlığından danışıb. İ.Məmmədli universitetlərin Jurnalistika fakültəsində təhsilin səviyyəsinin aşağı olması ilə bağlı səslənən fikirləri qəbul etməyib:

“Bakı Qızlar Universitetində artıq bir neçə ildir ki, Jurnalistika fakültəsi fəaliyyətə başlayıb. Bizim fakültənin səviyyəsi mən deyərdim ki, çox normaldlır. İstedalı tələbələrimiz var. Hətta “Bütöv Azərbaycan” adlı qəzetimiz də çapdan çıxır. Tələbələrimiz qəzetdə öz yazılarını ydərc etdirirlər. Təbii ki, bizim tələbələrimiz orta jurnalistika göstərcisində olan tələbələrdir. Hətta elə uşaqlar olur ki, onların çox geniş mütaliə imkanları var, elə onlardan əksəriyyəti indi nüxtəlif qəzetlərdə öz imzaları ilə çıxış edirlər. Burada onlara İsmayıl Kazımov, Ənvər Əhməd, Şahbaz  Şamıoğlu, Fəyyaz Cəfərov kimi tanınmış müəllimlər dərs deyirlər. Bu baxımdan hansısa dövlət universitetinin və ya özəl universitetin Jurnalistika fakültəsindən bizim fakültəmiz geri qalmır”.

Müsahibimiz jurnalistikaya qəbulun test üsulu ilə aparılmasının məqsədəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, jurnalist testlə deyil, mütaliə potensialına görə seçilib, qəbul edilməlidir.

“Son illər Azərbaycanda testdən asılı bir tələbə kütləsi yetişib. Bu orta məktəbdən gələb bəladır ki, geniş mütaliədən çox test üslubunda formalaşır. Əvvəllər jurnalistika sahəsinə gələnlər daha geniş mütaliə qabiliyyətinə malik olurdular, tələbələr daha çox ədəbiyyat oxuyurdular. Bu baxımdan tələbələrin səviyyəsində əvvəlkilərlə müqayisədə bir çox fərqlər var.

İ.Məmmədli Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan tələbələrin potensial baxımından onların tələbələrindən üstün olmadığını söyləyib. Qeyd edib ki, elə tələbələr var ki, yüksək balla ali məktəbə qəbul olsalar da, jurnalistikadan bixəbərdilər:

“Bizim Jurnalistika fakültəsində yazı baxımıdan çox gözəl qələmə malik tələbələr var. Hər bir universitetdə yaxşı oxuyan tələbələrlə yanaşı, pis oxuyan tələbələr də var. Jurnalistika fakültəsinə tələbələr yüksək balla daxil olurlar, lakin onların arasında elə tələbələr var ki, heç cümlə qurmağı da bilmirlər. Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə öz fakültəmiz arasında heç bir fərq görmürəm. Bizdə dərs prinsipi çox ciddidir. Tələbələrin nizam-intizamına ciddi nəzarət edirik. Baxmayaraq ki, bizim Jurnalistika fakültəsi yeni yaranıb, tələbələrimiz arasında tanınmış simalar o qədər də yoxdur, amma bizim təhsilimiz həqiqətən də yüksək səviyyədədir”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi