Modern.az

İctimai Palata aprelin 8-nə mitinq təyin etdi

İctimai Palata aprelin 8-nə mitinq təyin etdi

Təhsil

10 Mart 2012, 16:18


Martın 10-da İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. Modern.az xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən iclasa İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sədrlik edib. Tədbirdə İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir təşkilatın ötən ay ərzində gördüyü işlərlə bağlı məlumat verib.

İclasda çıxış  edən Müsavat başqanı İsa Qəmbər təkilf edib ki, İP aprelin 8-nə mitinq təyin etsin. Müsavat başqanı deyib ki, Quba hadisələri xalqın gücünü nümayiş etdirdi.
Çıxışı zamanı  Müsavat başqanı deyib ki, İP ortaya daha aydın mövqe və siyasi iradə qoymalıdır: “Aksiya ilə bağlı yekdil bir qərara gəlməyin zamanıdır. Artıq mitinq gününü dəqiqləşdirmək, bununla bağlı qəti qərar vermək zəruridir”.

İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də sessiyada çıxış edərək mitinq keçirilməsinin zəruri olduğunu deyib.

Çıxışlardan sonra İctimai Palatanın aprelin 8-də mitinq keçirməsi barədə qərar qəbul olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal