Modern.az

Türkdilli dövlətlərin gənc parlamentarilər Nur-Sultanda toplaşdı

Türkdilli dövlətlərin gənc parlamentarilər Nur-Sultanda toplaşdı

27 Noyabr 2019, 19:45

Noyabrın 27-də Qazaxıstanın Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə “Gənc nəslin dəyərləri və Parlament həmrəyliyi” mövzusunda gənc parlamentarilərin birinci toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, toplantıda Qazaxıstan Parlamenti Məclisinin Aqrar məsələlər komitəsinin Sədri və TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının Sədri cənab Berik Ospanovun moderatorluğu ilə TÜRKPA üzv ölkələrinin parlamentariləri, eləcə də Qazaxıstan dövlət orqanlarının nümayəndələri bir araya gəlib.  

 

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov açılış nitqində gəncləri parlamentarizm və parlamentlərarası əlaqələrin müxtəlif əhəmiyyətli sahələrdə ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verən hərəkətverici qüvvəsi olaraq qiymətləndirib. Cənab Mamayusupov toplantını gənclər siyasəti ilə bağlı türkdilli ölkələrin ortaq konsepsiyasının formalaşması yolunda ilk addım kimi qeyd etmiş və tədbirin gənc parlamentarilər arasında ideya və fikir mübadiləsi üçün fürsət yaradacağına ümid etdiyini bildirib.

 

Toplantı digər iştirakçıların çıxışları ilə davam etmiş və gənc parlamentarilərin yekun sənədinin qəbulu ilə başa çatıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi